Bazar ertəsi , May 23 2022
Ana səhifə / Kriminal / Hafiz Məmmədov azadlığa buraxılmadı – Yenilənib

Hafiz Məmmədov azadlığa buraxılmadı – Yenilənib

Bu gün Bakı Apellyasiya Məhkəməsində vergi borcuna görə həbs edilən Hafiz Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılır.

“ Azinforum.az ” xəbər verir ki, hazırda məhkəmədə fasilə olunub, günün ikinci yarısında təkrarən işə baxılması davam etdiriləcək. 

Hafiz Məmmədovun hələ də vergi borcunu ödəmədiyi bildirilir.

***

Hakim Kamran Əkbərov Hafiz Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib. Məhkəmə bildirib ki, o, dövlətə olan 1 milyon manat borcunu tam ödəməlidir.

***

Qeyd edək ki, vəkillərinin sözlərinə görə,  H.Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 mini ödəyib. Hazırda isə Məmmədovun borcu 1 milyon manatdır.

Dövlət Vergi Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Vilyam Hacıyev ifadə vermək üçün vaxt istəyib

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə …