Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Hacıyev və ortağı xüsusi xidmət generalını oğurladı, bostana basdırdığı 5 milyon dolları ələ keçirdi

Hacıyev və ortağı xüsusi xidmət generalını oğurladı, bostana basdırdığı 5 milyon dolları ələ keçirdi

Rusiyada FTX generalı Aleksandr Pastuşkovun girov götürülməsi, ona məxsus olan  bostanda torpağa basdırdığı 5 milyon dollar əmlakının oğurlanması faktı ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Rusiyanın aparıcı qəzetlərindən biri olan “Kommersant'” qəzeti məlumat yayıb.

Həmin  cinayəti törətməkdə təqsirli bilinən Məhəmməd Hacıyev və Roman Qaluşko yaxın günlərdə məhkəmə önünə çıxarılacaqlar.

İstintaqın gəldiyi nəticəyə görə, adları çəkilən şəxslər generalı izləyiblər. Ötən ilin iyununda qızı Pastuşkovu bulvarda maşından düşürdükdən sonra ona hücum çəkiblər və zorla avtomobilə mindiriblər. Çekisti şəhərdən kənarda yerləşən xüsusi evə apararaq orada döyüblər, elektroşokla işgəncə verərək gizlətdiyi pulların yerini deməyi tələb ediblər. Hacıyev və Qaluşko girov götürdükləri generalı qızdırılmış lehim aparatıyla hədələdikdən sonra sonuncu təslim olmaq məcburiyyətində qalıb.

General onu oğurlayanlarla birgə şəhər kənarındakı evinə gəlib və gizlətdiyi pulların yerini onlara göstərib. Adam oğruları həyətyanı torpağı qazmağa başlayıblar. Onlar qazdıqları yerdən ümumilikdə 5 milyon dollar  pul aşkar edərək götürüblər.

Pulları ələ keçirdikdən sonra isə FTX generalını Ramenski rayonunda yolda avtomobildən yerə atıblar. Təsadüfən həmin ərazidən keçən sürücülərdən biri çekisti yol kənarından taparaq xəstəxanaya çatdırıb. Xəstəxanaya aparılan zərərçəkmiş çekist başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Hacıyev və Qaluşko 200 milyon rubl pulla saxlanılıblar. Onların ələ keçirdikləri pulların hamısını yeni avtomobillərə, restoranlara və qızlara xərclədikləri məlum olub. Təqsirləndirilən şəxslərə adam oğurluğu və hədə qorxu ilə pul tələb etmə ilə bağlı ittiham verilib. İlkin dindirmə zamanı günahlarını etiraf etsələr də sonradan ifadə verməkdən imtina ediblər.

Zərərçəkmiş general quldurların ona məxsus milyonları oğurlamaqlarını inkar edib və bildirib ki, onu zəngin qonşuyla qarışdırıblar. Prokurorluğun iddiası üzrə məhkəmə qərar çıxarıb və Pastuşkovun qanunsuz yolla əldə etdiyi əmlakı müsadirə edib.  

İstintaq zamanı təhqiqatçılar tərəfindən Pastuşkova məxsus 1 milyon dollar və 5,6 milyon rubl götürülüb. Onun yaşadı ev 36 milyon rubl qiymətində dəyərləndirilib.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …