Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Hacıqabulda ər-arvad eyni gündə intihar etdi – Təfərrüat

Hacıqabulda ər-arvad eyni gündə intihar etdi – Təfərrüat

Hacıqabul rayonunun Kolanı kəndində intihar hadisəsinin baş verdiyi deyilir. Kənd sakinləri Sahib Zaməddin oğlu Rəsulovla həyat yoldaşı Əfsanə Ənzəli qızı Mailovanın özlərini asdığı bildirilir. Qonşularının sözlərinə görə, hadisəyə səbəb sosial problemlərdir.

Minval.info xəbər verir ki, faktı Meydan TV-yə Hacıqabul rayon Kolanlı kənd icra nümayəndəsi Əlikram Dostəliyev də təsdiqləyib. Onun sözlərinə görə, fevralın 15-də, günorta 2 radələrində Sahib Rəsulov atası evində özünü asıb, hadisədən xəbər tutan həyat yoldaşı Əfsanə Mailova da canına qəsd edib: “Əfsanə evlərinə baxmağa getdiyini deyib. Yubanıb, bacısı arxasınca gedəndə görüb ki, o da özünü balaca otaqda iplə asıb. Hər ikisi vəfat edib. Hardasa 15 ildən artıqdır evli idilər, övladları olmurdu”.

İcra nümayəndəsi hadisənin sosial problemlər səbəbindən baş verdiyini düşünmür: “Güzəranları yaxşı idi, gözəl həyat-bacası var, dolanırdılar. Hamı donub qalıb, hələ heç kim hadisənin niyə baş verdiyini bilmir, araşdırma aparılır”.

Həmin bölgədə yaşayan ictimai fəal Emil Məmmədov isə hadisənin tənədən qurtarmaq üçün baş verdiyini yazıb: “Xeyli vaxtdır ki, ailə qurmalarına baxmayaraq övladları olmayan 37 yaşlı ər və 34 yaşlı qadın yaxınlarının tənəsinə görə ayrılmaq qərarı versələr də, ər buna dözməyərək özünü həyətdəki ağacdan asaraq öldürüb. Bunu atası evində eşidən qadın da eyni üsulla intihar edib. Görəsən bizim adət-ənənlərimiz nə vaxta kimi özümüzə qənim kəsiləcək?”

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …