Ana səhifə / Kriminal / Hacı Qalibin oğlunu daha bir vəkil müdafiə edəcək – məhkəmə işi

Hacı Qalibin oğlunu daha bir vəkil müdafiə edəcək – məhkəmə işi

Şeyxin qudasının oğlu növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində Milli Məclisin sabiq deputatı, Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Əlihüseyn Salahzadə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə təqsirləndirilir.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesə yenə jurnalistlər buraxılmayıb. Ə.Salahzadənin vəkili Tofiq Aslanov işə yeni müdafiəçinin qoşulduğunu deyib. Vəkil Lalə Mansurova da Hacı Qalibin oğlunu müdafiə edəcək.

Məhkəmənin növbəti iclası noyabırın 27-nə təyin edilib.

Bildirək ki, Ə.Salahzadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

Belə ki, “Azərsu”nun əməkdaşı Ə.Salahzadənin yaşadığı mənzilin qapısını döyərək su pulunun ödənilməsini istəyib. İttihama görə, Ə.Salahzadə “Azərsu”nun əməkdaşına bir yumruq zərbəsi vurub. Ə.Salahzadə isə “Azərsu”nun əməkdaşının söyüş söydüyünü iddia edir.

Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur. Ötən prosesdə zərərçəkmiş Elbəy Mirzəliyev şikayət ərizəsini geri götürdüyünü bildirib.

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …