Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Hacı İbrahim Nehrəmlinin qardaşına qarşı mülki iddia qaldırıldı

Hacı İbrahim Nehrəmlinin qardaşına qarşı mülki iddia qaldırıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov mülki iddia qaldırıb.

O, 162 min 400 dollar maddi, 50 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

Məhkəmə mülki iddianı icraata götürüb.

Vəkilin S.İbrahimovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı qaldırdığı vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası dekabrın 5-nə təyin olunub.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

O, 52 nəfərə 2 milyon manat “atmaq”da ittiham olunur, istintaq zamanı həmin şəxslərin pulunu qaytarıb.

S. İbrahimov istintaqın ilk mərhələsində həbs olunsa da, daha sonra ev dustaqlığına buraxılıb.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …