Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Hacı İbrahim Nehrəmlinin bahalı mərmərləri oğurlandı (FOTOLAR)

Hacı İbrahim Nehrəmlinin bahalı mərmərləri oğurlandı (FOTOLAR)

Bakının Qaradağ rayonunda “Avesta konserni” MMC-nin prezidenti Hacı İbrahim Nehrəmliyə aid “Xəzər adaları”dan oğurluq edilib.

“Avesta konserni”ndə çalışan mənbədən azeuronews.com-a daxil olan məlumatda deyilir ki, ötən gün tikintisi dayanan “Xəzər adaları”nda avtomobil yollarının kənarına döşəmək üçün nəzərdə tutulan və İtaliyadan alınan bahalı mərmərlər kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən oğurlanıb. 

Məlumatda deyilir ki, tikinti ərazisi böyük olduğundan yalnız ticarət obyektləri, yaşayış binaları və satış ofisinin qarşısında təhlükəsizlik kameraları quraşdırılıb. 
Mərmərlər isə, kompleksin girişindən yaşayış binalarına gedən yolda, ayrıcı körpüyə çatmamış olan ərazidən aparılır. 
Məlumatı verən mənbənin sözlərinə görə, hadisə ilə bağlı ərazidəki bütün müşahidə kameralarına baxılsa da, şübhəli avtomobil və ya kimlərsə müəyyən olunmayıb. Güman edilir ki, yola düzmək üçün qoyulan mərmərlərin olduğu ərazi dənizə yaxın olduğundan onlar qayıq vasitəsi ilə gecə saatlarında oğurlanıb. 

Mənbə həmçinin bildirib ki, neçə ildir “Xəzər adaları”da tikinti dayandığından mühafizə xidmətinin əməkdaşlarını sayı 80 nəfərdən 10 nəfər endirilib. Onlar da növbəli sistemlə çalışır ki, bu da ərazini tam nəzarət altından saxlamağa imkan vermir. 
Maraqlısı isə, oğruluq faktına görə, “Avesta konserni” rəhbərliyinin polisə müraciət etməməsidir. Ərazi Qaradağ rayonuna aid olduğundan bu hadisə ilə bağlı rayon polis idarəsinə hər hansı bir şikayət daxil olmayıb. 

Məsələ ilə bağlı “Avesta konserni”nin rəhbəri Hacı İbrahim Nehrəmli ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …