Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Hacı Beyləqanski Quliyə qarşı ordu yığır – MOSKVADA

Hacı Beyləqanski Quliyə qarşı ordu yığır – MOSKVADA

2016-cı ildə qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkaranskinin yaxını Hacı Talıbxanov Moskvadadır.

Sfera.az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, kriminal aləmdə Talıbxanov Hacı Beyləqanski kimi tanınır.

Hacı bir müddət əvvəl Türkiyədə istintaq altında idi. 2013-cü ildə qanuni oğru, “Qoca” ləqəbli Əlibala Həmidovun qətlində, sonradan isə Nadir Səlifova edilən sui-qəsddə məhz onun adı hallanırdı.

Hacıya görə Quli ilə Suxumi klanının başçısı Merab Canqvelidze arasında soyuqluq yaranmışdı. Merab and içirdi ki, Hacının nə etmək istəyindən xəbəri yoxmuş. Hətta söz vermişdi ki, Hacı həbsdən çıxan kimi tutub Qulinin ayağına gətirəcək.

Hacı isə azadlıqdadır.

Görünən odur ki, Nadir Səlifovla müharibəyə hazırlaşır. Ona Lənkəranskinin qohumu Zaur Əhmədov hər cürə maliyyə dəstəyi verir. Beyləqanskiyə yaşayış yeri kimi dəbdəbəli penthaus ayrılıb. Onu şəhərdə iki zirehli avtmobil və çoxsaylı mühafizəçilər müşayiət edir. Qulinin düşmənləri Rafiq Eyvazov və Ceyhun Əskərov da onun yanındadırlar. Qulinin oğru adını almaq istədiyi Əli Heydərovun (Albert Rıjıy) həbsdə də olsa Beyləqanskiyə dəstək verəcəyi aşkardır.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …