Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Həyatıma təhlükə var” – İş adamından müraciət

“Həyatıma təhlükə var” – İş adamından müraciət

“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri həyatına təhlükə olması ilə bağlı açıqlama yayıb.

Şirkətdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 8 iyun 2017-ci il tarixdə bir qrup şəxslə əlbir olaraq SAFASTORE supermarketinə hücum təşkil edərək ictimai qaydanı kоbud surətdə pоzan həbsdə olan Azadxan Xanməmmədov barəsində  küllü miqrdarda zərər vurmaqla törədiyi dələduzluq cinayəti ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilib.

Şirkətin Baş direktoru Faiq Seyidov müraciətində bilfitib ki, hazırda xuliqanlıq maddəsi ilə həbsdə olan “iş adamı” Azadxan Xanməmmədov onun etibarından sui-istifadə etməklə 2014-cü ildə razılaşma əsasında 1500 000 manata satdığı əmlakı bu günə kimi mülkiyyətinə keçirməkdən müxtəlif bəhanələrlə boyun qaçırın: “Sonradan məlum olub ki, bu əmlak ona yox, oğlu Azər Xanməmmədova məxsusmuş və bizə satmamışdan xeyli əvvəl 2010-cu ildə “Access Bank” QSC girov qoyub küllü miqdarda kredit götürübmüş. Azadxan Xanməmmədovun etibardan sui-istifadə edərək külli miqdarda ziyan vurmaqla yolu törədiyi hərəkətlərlə bağlı AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilməsi və cinayət işinin başlanması üçün tərəfimizdən Binəqədi RPİ-nə ərizə ilə müraciət olunub”.

F.Seyidov müraciətində bildirib ki, artıq bir ildən çoxdur Azadxan Xanməmmədovun şantaj və böhtanlarına məruz qalır: “Hazırda həbsdə olmasına baxmayaraq yenə də çirkin əməllərindən əl çəkmir. Bizdə olan məlumata görə bütün əməllərinin boşa çıxdığını görən Azadxan Xanməmmədov cinayətkarlara pul vəsaiti təklif etməklə mənim və ailə üzvlərimin həyatına təhlükə yaratmağı planlaşdırır. Bu əməllərində müxtəlif media orqanlarından istifadə edərək özünü yalandan şirkətin ortağı kimi qələmə verir, razılaşma əsasında 1500 000 manata satdığı əmlakın güya zəbt edildiyini bəyan edir. “XALİQ FAİQOĞLU” şirkətinin uğurlarını, sərnişindaşıma sahəsində həyata keçirdiyi islahatları həzm edə bilməyən dələduz “iş adamı” hər bir vasitə ilə fəaliyyətimizə mane olmağa çalışır.

Eyni zamanda məlum olub ki, Azadxan Xanməmmədovun külli miqdarda ziyan vurmaqla yolu törədiyi cinayət hadisəsinin tək qurbanı biz deylik. Məlum olur ki, Azadxan Xanməmmədov haqqında müxtəlif istintaq orqanlarında ayrı-ayrı əməlləri barəsində cinayət işləri aparılır”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …