Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Həyat yoldaşımın intiharı araşdırılmır” – Etiraz

“Həyat yoldaşımın intiharı araşdırılmır” – Etiraz

“Sizə bildirmək istəyirəm ki, 2017-ci ilin oktyabr ayının 13-də oğlum, Qasımov Fərid İlham oğlu qanunsuz həbs olunub. Ona 182.3.2 maddəsi ilə cinayət işi başlanıb. Oğlum həbs olunan gündən bizimlə Rafiq Bədəlov adlı şəxs əlaqəyə keçib və bildirmişdi ki, sizin oğlunuz mənim oğulluğuma guya külli miqdarda ziyan vurmuşdu və bu pulu mənə ödəyin”.

Bunu “Yeni Sabah”a müraciətində Bakı şəhər sakini Kəmalə Qasımova deyib. O, bildirib ki, özü və mərhum yoldaşı Qasımov İlham Musa oğlu bu pulu ödəməyə imkan olmadığını deyiblər:

“Lakin sonradan hədə-qorxulara görə, yeganə yaşayış yerim olan Bəsti Bağırova 26 ünvanında yerləşən mənzilimizi sataraq pulunu Rafiq Bədəlova ödədik. Rafiq Bədəlov bizdən o pulu alarkən, söz verdi ki, oğlunuzu tez bir zamanda azadlığa buraxdıracağam. Doğrudan da, belə oldu və oğlum 8 ay Bakı İstintaq Təcridxanasında saxlanılandan sonra ev dustaqlığına buraxılmışdı.

Oğlum ev dustaqlığına buraxılandan sonra yenə də pul tələb etdilər. 

Qeyd edim ki, ümumilikdə mən Rafiq Bədəlova 60 500 AZN pul ödəmişəm və artıq ona verəsi pulumuz yox idi. Oğlum 10 ay ev dustaqlığında qaldıqdan sonra Rafiq Bədəlov bizim ona pul verməyəcəyimizi başa düşüb, oğlumu yenidən həbs etdirdi. Buna dözməyən  həyat yoldaşım 20 dekabr 2021-ci il tarixində “Nərimanov” metrostansiyasında özünü qatarın altına ataraq intihar etdib. Cibindən isə intiharın səbəbini göstərən məktub çıxdı. Məktubda yazılmışdı ki, məni Rafiq Bədəlov öldürdü, evimi və oğlumu əlimdən aldı. 

Həmin məktub bu günə kimi məndədir. Yoldaşım intihar edəndən sonra Nərimanov Prokurorluğuna çağırıldım. Orada müstəntiqə şikayət ərizəsi ilə R. Bədəlovdan şikayət etdim. Amma mənə məlum olmayan səbəblərə görə bu cinayət işində Rafiq Bədəlovla bağlı məsələyə xitam verilib. 

Mən bütün dövlət və aidiyyəti üzrə qurumlardan xahiş edirəm ki, yoldaşımın ölümü ilə bağlı iş yenidən araşdırılsın və onu intihara vadar edənlər cəzalandırılsın”.

Məsələ ilə bağlı qarşı tərəfin və hüquq-mühafizə orqanlarının mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …