Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Həkimin intiharı ilə bağlı rəsmi açıqlama – Yenilənib

Həkimin intiharı ilə bağlı rəsmi açıqlama – Yenilənib

Bakıda aptek sahibi, həkim Sənan Həsənov intihar edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 49 yaşlı S.Həsənov bu gün Yasamal rayonunda yerləşən özünə məxsus aptekdə dərman içərək özünü öldürüb. 

Məlumata görə, S.Həsənovun dərman biznesi ilə bağlı çoxlu borcu yaranıb və son vaxtlar pulu qaytara bilmədiyi üçün depressiyaya düşüb. İlkin ehtimala görə, S.Həsənov bu səbəbdən intihar edib.

O, son paylaşımlarından birində jurnalist İbrahim Nəbioğlunun xoşbəxtliklə bağlı məqaləsini paylaşaraq “Nə xoşbəxtdir ki, bu məqalədə qeyd edilən təki xoşbəxt olmaq. Oxuyun, xoşbəxt olun, zaman gedir”, – deyə qeyd edib.

***

Bakıda aptek sahibinin intihar etməsi ilə bağlı rəsmi açıqlama verilib.

Bakı şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 7-də paytaxt sakini 1971-ci il təvəllüdlü Sənan Həsənovun müqavilə əsasında işlətdiyi Yasamal rayonu, H.Cavid prospekti, 19 saylı ünvanda yerləşən aptekdə özünü naqillə asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibb ekspertizası təyin edilib.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …