Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Həkim xəstəni “ipoteka” sözünə görə döydü – Azərbaycanda

Həkim xəstəni “ipoteka” sözünə görə döydü – Azərbaycanda

Sumqayıt şəhərində diş həkimi xəstəsini döyüb.

Belə ki, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Sərvər Qüdrət oğlu Abışov adı hələlik istintaqa məlum olmayan diş həkimi tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Yaralı diş həkimindən ona kreditlə (hissə-hissə ödəməklə) diş qoymasını tələb edib. Ancaq “kredit” əvəzinə “ipoteka” kəlməsini işlədib. Bu da diş həkiminin əsəbləşməsinə səbəb olub və tərəflər arasında mübahisə yaranıb. Nəticədə həkim Sərvər Abışovu döyərək ağır xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …