Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Həbsdə olan MTN zabitinin xanımı məhkəməyə müraciət edib- əmlakları istəyir

Həbsdə olan MTN zabitinin xanımı məhkəməyə müraciət edib- əmlakları istəyir

Ləğv edilmiş MTN-in şöbə rəisi olmuş Vüsal Ələkrovun həyat yoldaşı məhkəməyə müraciət edib. O, əmlaklarının geri qaytarılmasını istəyir.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş MTN-in İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun ailə üzvlərinin müsadirə olunan əmlaklarla bağlı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və ailə üzvlərinin anket məlumatları dəqiqləşdiirlib.

Məhkəmənin növbəti iclası avqustun 17-nə təyin edilib.

Xatırladaq ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilərək həbs edilib.

12 il azadlıqdan məhrum edilən Vüsal Ələkbərovun cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 5 ilə endirilib.

Qərara əsasən V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzili üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb. Hökmə əsasən, V.Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanılıb. Məhkəmə bunu belə əsaslandırıb ki, V.Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

MTN zabitinin ailə üzvləri birinci instansiya məhkəməsinin qərarından narazıdır. Sabiq şöbə rəisinin həyat yoldaşı Şəhla Ələkbərova əmlaklarla bağlı apellyasiya şikayəti verib. Ş.Ələkbərova V.Ələkbərovun məhkəmə qərarı ilə müsadirə olunan əmlaklarının geri qaytarılmasını tələb edir.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …