Ana səhifə / Kriminal / Həbsdə olan generalın bacanağı ifadə verdi: o, özünü günahkar bilmir

Həbsdə olan generalın bacanağı ifadə verdi: o, özünü günahkar bilmir

Hazırda həbsdə olan və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun qohumu hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, generalın bacanağı Müsənnif Talıbov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Müsənnif Talıbov Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham edilir.

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə M.Talıbov özünü təqsirli bilməyib. Sərbəst ifadəsində Talıbov heç kimdən pul almadığını, ittihamda yazılanlarla razı olmadığını söyləyib.

Qeyd edib ki, zərərçəkmiş Amid adlı şəxsin torpaq sahəsinin sənədlərində problem olub. Bunu qaydasına qoymaq üçün ona 6 min manat pul verib: “Sonra Amid Türkiyəyə gedəndə gəlib məndən 500 manat pulunu aldı, 5500 manat isə məndə qaldı. İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götür. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, məndən atasına yardım etməyimi istədi. Onun xəstəxana xərclərinə Amidin məndə olan 5500 manatından da artıq pul xərclədim”.

Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.

Məlumata görə, o, qonşusuna qarşı dələduzluq edib. Belə ki, Talıbov qonşusuna həbsdə olan atasını azad edəcəyi deyib. Daha sonra isə onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədini verib.

İttihama görə, M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən ümumilikdə 30 min manat pul alıb. Səhhətində problem olan M.Talıbovun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır.

Məhkəmənin hazırlıq iclası baş tutmayıb. Buna səbəb təqsirləndirilən şəxsin məhkəməyə gəlməməsi olub. Talıbovun vəkili deyib ki, müvəkkilinin səhhətində problem olduğu üçün məhkəməyə gələ bilməyib.

Xatırladaq ki, Sübahir Qurbanov “MTN işi” çərçivəsində həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …