Ana səhifə / Kriminal / Həbs olunan “Hafka”nın 1,5 milyon borcu var

Həbs olunan “Hafka”nın 1,5 milyon borcu var

Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.
Bu barədə APA-ya iş adamının vəkili Orxan Cəfərbəyli məlumat verib.
Vəkil bildirib ki, müvəkkili barəsində seçilmiş 2 ay 15 günlük həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət Yasamal Rayon Məhkəməsinə təqdim olunub.
Vəkil qeyd edib ki, Hafiz Məmmədovun vergi və sosial ödənişlərlə bağlı 400 min manat borcu olub, həmin məbləğ də tam ödənilib:“Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədovun istintaqa gəlməkdən boyun qaçırması isə həqiqəti əks etdirmir. Bununla bağlı Dövlət Vergi Xidməti tərəfindən bildiriş göndərilməyib”.
H.Məmmədovun vəkili İsmayıl Kəngərli isə virtualaz.org-a bildirib ki, hazırda Məmmədovun vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır.
“Dövlət Vergi Xidməti Hafiz Məmmədovdan borcun tam ödənilməsini tələb edir. Lakin məhkəmənin mövqeyi ondan ibarətdir ki, iş adamı borcunun yarısını ödədiyi halda ev dustaqlığına buraxıla bilər”.
Qeyd edək ki, Dövlət Vergi Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.
Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …