Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Həbs edilən gömrük polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş -TƏFƏRRÜAT

Həbs edilən gömrük polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş -TƏFƏRRÜAT

Xəbər verildiyi kimi, bu il oktyabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, dövlət gömrük polkovnik-leytenantı Həsənov Rəhim Səlim oğlu Gürcüstan respublikası ərazisində küllü miqdarda psixotrop maddə ilə saxlanılıb.

Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən istintaq altında saxlanılan R.Həsənov barəsində qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Bu haqda məlumatı olke.az saytı yayıb.

Azxeber.com-a hadisənin təfərrüatları məlum olub.

Məlumata görə, Rəhim Həsənov hər həftənin şənbə-bazar günləri Gürcüstana gedərək küllü miqdarda psixotrop maddə əldə edirmiş. Məlumata görə, Rəhim Həsənov Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin xüsusi tapşırığı ilə bu addımı atırmış və onun avtomobili yoxlamasız sərhəd ərazisini keçirmiş. Maraqlıdır ki, DGK-da Rəhim Həsənovun xüsusi imtiyazları olub və onu Aydın Əliyevin yaxın adamı kimi tanınıb. Bu həbsin də Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilməsi yazılanları təsdiqləyir. Məlumdur ki, Rəhim Həsənovun qanunsuz əməlləri haqda Aydın Əliyevin məlumat olub və hətta iddiaya görə ona tapşırıqları da Aydın Əliyev verib.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü R.Həsənov uzun illərdi DGK-də çalışıb. Həsənov Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonra isə Rusiya Gömrük Akademiyasında təhsil alıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …