Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Həbs edilən aktyor: “Hakimə dedim ki, 1 həftə vaxt verin, tamaşamı oynayım” (VİDEO)

Həbs edilən aktyor: “Hakimə dedim ki, 1 həftə vaxt verin, tamaşamı oynayım” (VİDEO)

ARB-nin “Rezonans” verilişi 6 il həbs cəzası almış Atakişi Musayev adlı aktyorla həmsöhbət olub.
İdarə etdiyi avtomobildə qəza törətdiyi üçün azadlıqdan məhrum edilən məhkum Xocalı soyqırımının ildönümü öncəsi həbs olunduğunu deyir:
“Hakimə dedim ki, heç olmasa 1 həftə vaxt verin, tamaşamı oynayım. Razı olmadılar”.
Atakişi Şabran şəhərindəki Mədəniyyət evində aktyor kimi fəaliyyət göstərib. Molla Nəsrəddin, Qazan xan, Şəhid ata, Kosa və bir çox obrazlar yaradıb. Bir neçə yaradıcılıq dərnəyi yaradıb. Uşaqlarla işləyib. Bir neçə musiqi alətində ifa edə bilir. Özünün dediyinə görə, şimal bölgəsində onun kimi tütək çala bilən yoxdur. Atakişi deyir ki, həmişə xeyirxah işlər görüb. Bərbər, sürücü kimi insanlara xidmət göstərib. 
Atakişi həbsxanada da yaradıcılıqdan uzaq düşməyib. O, həbsxananın ansanblının rəhbəridir.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …