Ana səhifə / Kriminal / Həyat yoldaşının dəfninə gələn azərbaycanlı Rusiyada həbs edildi – VİDEO

Həyat yoldaşının dəfninə gələn azərbaycanlı Rusiyada həbs edildi – VİDEO

Martın 11-də Orenburq-Moskva reysi ilə uçan təyyarədə sərxoş halda dava saldığı üçün saxlanılan Azərbaycan vətəndaşının məhkəməsi olub.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı dünən baş tutan məhkəmədə həyat yoldaşının dəfninə getdiyi üçün özündə olmadığını, etdiyi hərəkətlərin ağırlığını düşünmədiyini bildirib.

“Bakıdan zəng vurub dedilər ki, arvadın rəhmətə gedib. Xəbəri eşidən kimi aeroporta getdim. Moskva üzərindən Bakıya uçmaq üçün bilet aldım. Gözləmə zalında əvvəlcə kofe, sonra isə 100 qram alkaqollu içki içdim. Sonra təyyarəyə keçib, illüminatorun yanında oturmaq istədikdə mənə icazə vermədilər. Çünki yerim illüminatorun yanında deyildi. Mübahisə düşdüb. Təyyarə bələdçisi polis çağırdı. Polis heç bir səbəb olmadan mənə qarşı güc tətbiq etdi və əllərimi qandallayıb polis bölməsinə apardı”.

Azərbaycan vətəndaşı öz hərəkətinə haqq qazandırmağa çalışsa da, bu onda alınmayıb.

Məhkəmənin qərarı ilə onun barəsində xuliqanlıq və polisə müqavimət maddələri ilə inzibati iş, üstəlik cinayət işi qaldırılıb. İndi onu 300 mindən 500 min rubla qədər cərimə və üstəlik islah işləri və ya 5 ilə qədər həbs cəzası gözləyir.

  • 14.03.201916:39268

Həmçinin oxuyun

Bakıda gəlin qayınanasından polisə şikayət edib

Bakı sakini qayınanasından polisə şikayət edib. “Report” xəbər verir ki, Xəzər rayonunda yaşayan 35 yaşlı …