Çərşənbə axşamı , Sentyabr 27 2022
Ana səhifə / Kriminal / Həyat yoldaşından Rafael Cəbrayılovun ölümü ilə bağlı şok iddia – VİDEO

Həyat yoldaşından Rafael Cəbrayılovun ölümü ilə bağlı şok iddia – VİDEO

Milli Məclisin üç çağırış deputatı olmuş və 2019-cu ilin sentyabrında barəsində səsləndirilən iddialarla bağlı istefa vermiş, ötən ilin sentyabrında həbsdə olarkən koronavirusa yoluxaraq vəfat edən Rafael Cəbrayılovun təqsirkar hesab edilməsi və ölümü ilə bağlı yeni iddialar səsləndirilir. Yenicag.az-a açıqlama verən Rafael Cəbrayılovun həyat yoldaşı və hüquqi varisi Aidə Cəbrayılova bildirib ki, mərhumun qardaşı Elşən Cəbrayılov bütün suçu Rafael Cəbrayılovun üzərinə ataraq məsuliyyətdən yayınıb.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Ceyhun Rzayevin Elşən Cəbrayılova himayədarlıq etdiyini bildirən Aidə Cəbrayılova vurğulayıb ki, bütün sənədlərdə Elşən Cəbrayılovun imza və möhürü olmasına baxmayaraq, nədənsə, bütün oxlar Rafael Cəbrayılova yönəldilib.

Mərhumun həyat yoldaşı Elşən Cəbrayılovun zərərçəkmişləri Rafael Cəbrayılovun üstünə göndərərək onu təhdid etdirdiyini də bildirib.

Müsahibimiz qeyd edib ki, Rəfael Cəbrayılovun ölümü də şübhəlidir. Onun sözlərinə görə, həbsxana kamerasında 11 nəfərin olmasına rəğmən, yalnız Cəbrayılovun koronavirusa yoluxaraq vəfat etməsi ciddi araşdırılmalıdır.

Ceyhun Rzayevin tərtib etdiyi sübutların qiymətləndirilməsi aktının Elşən Cəbrayılova aid olan hissəsinin ləğv olunması və yenidən ibditadi istintaqa qaytarılması üçün Binəqədi Rayon Məhkəməsinə bir neçə zərərçəkmişlə birlikdə müraciət etdiklərini deyən Aidə Cəbrayılova məhkəmə sədri Araz Kazımovun oğlunun prokurorluq orqanlarında işlədiyini və işin düzgün aparılmaması üçün təzyiqlərin olduğunu da qeyd edib:

“Bizim müraciətimizdən sonra bir dəfə məhkəmə baxışı keçirilib. Hakim Mahirə Kərimovanın sədrliyilə keçirilən məhkəmədə bizim tələbimiz təmin edilməyib. Daha sonra apellyasiyaya müraciət etdik. Nəticədə iş yenidən Binəqədi Rayon Məhkəməsinə göndərildi ki, yenidən baxılsın. Avqustun 23-də bir daha məhkəmə iclası keçiriləcək. Sədrin oğlu prokurorluq sistemində işlədiyi üçün məhkəməyə hər cür təzyiqlər etdiklərini bilirik. Əlimizdə təkzibolunmaz sübutlar var. Nərimanov Rayon Məhkəməsi Elşən Cəbrayılovun əməlini sübuta yetirmiş, o, 3 aylıq həbs olunmuşdu. Zərərçəkmişə pul ödənildikdən sonra Elşən Cəbrayılovu həbsdən buraxdılar. Lakin digər şikayətlərlə bağlı Eşən Cəbrayılov məsuliyyətdən yayındırıldı”.

Mərhumun həyat yoldaşı sonda Prezident İlham Əliyevə müraciət edərək işi nəzarətə götürməsini xahiş edib.

Həmçinin oxuyun

Əvəz Zeynallı ev dustaqlığına buraxılmadı

“Xural Yayınları” MMC-nin həbsdə olan baş direktoru Əvəz Zeynallının ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan …