Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / Həştərxan polisi azərbaycanlı jurnalistin ölümü ilə bağlı açıqlama yaydı

Həştərxan polisi azərbaycanlı jurnalistin ölümü ilə bağlı açıqlama yaydı

Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) ölümü ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Həştərxan vilayəti üzrə polis idarəsi açıqlama yayıb.

“Report” xəbər verir ki, açıqlamaya əsasən, hadisə yanvarın 23-də, yerli vaxtla saat 18:20-də (Bakı vaxtı ilə saat 19:20-də) vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştərxan şosesinin 1378-ci kilometrliyində olub.

Məlumatda bildirilib ki, 30 yaşlı adı açıqlanmayan şəxsin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil Magistral küçəsində məşqdən evə dönən 1986-cı il təvəllüdlü Azərbaycan vətəndaşı olan qadını (rəsmi məlumatda ad açıqlanmayıb) vuraraq öldürüb. İnformasiyaya əsasən, hadisə tənzimlənməyən piyada keçidində baş verib. Şosenin həmin hissəsindən piyadanın keçməsində qayda pozuntusu yoxdur. Orada işıqfor və keçid üçün zolaq qoyulmadığından tənzimlənməyən piyada keçidi adlanır.

Ülviyyə Şamilqızının ölümü ilə nəticələnən faktla bağlı Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin Həştərxan vilayəti üzrə şöbəsində prosessual yoxlama aparılır.

Onu da qeyd edək ki, jurnalistin atası Şamil Məmmədov 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edərkən itkin düşüb. Sonradan ona şəhid statusu verilib.

***11:39

Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin rəsmisi Artyom Sladkov bildirib ki, qəza Trusovski rayonunda yerli vaxtla saat 18.20-də baş verib. Hazırda № 1-in yol-patrul xidmətinin xüsusi batalyonunun əməkdaşları yol-nəqliyyat hadisəsinin hansı şəraitdə baş verdiyini araşdırırlar.

“Hadisə Trusovski rayonunun Tambov-Volqoqrad-Həştərxan yolunun 1378-ci kilometrliyində baş verib. 31 yaşlı qadın məşqdən evə qayıdarkən yolun tənzimlənməyən hissəsindən keçərkən 30 yaşlı şəxsin idarə etdiyi «Volkswagen Passat» qavtomobili ilə vurulub. O, aldığı xəsarətlərdən elə hadisə yerində keçinib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ü. Şamilqızı Həştərxanda ali məktəblərin birində təhsilini davam etdirirdi.

***11:10

Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb.

Yaxınlarının verdiyi məlumata görə, mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir. Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.

Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı. (Report)

Həmçinin oxuyun

Vüqar Səfərli ev dustaqlığına buraxılmadı

Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) …