Şənbə , İyun 25 2022
Ana səhifə / Kriminal / Həkimin anası öldürülüb? – Açıqlama

Həkimin anası öldürülüb? – Açıqlama

Baş Prokurorluq həkim terapevt Aysel Əskərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib.

Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır:

“Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcəkdir”.

Qeyd edək ki, həkim terapevt Aysel Əskərova sosial şəbəkədə paylaşım edərək anası Qismət Əskərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib.

Həmçinin oxuyun

“Mənə dedi ki, sənin yerinə arvadınla yatıram” – Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATLARI

Bakıda arvadını və qayınanasını qətlə yetirib daha sonra meyitlərini yandırmaqda təqsirləndirilən Vaqif Hüseynovun cinayət işi …