Şənbə , Yanvar 29 2022
Ana səhifə / Kriminal / Həbsdən qaçan erməni yazıçı tutuldu – Türkiyəyə təhvil veriləcək

Həbsdən qaçan erməni yazıçı tutuldu – Türkiyəyə təhvil veriləcək

Türkiyədə həbsdən qaçan və Yunanıstanda yaşayan erməni yazıçı Sevan Nişanyan saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə onun arvadı İra Tzouru sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Yunanıstan hökuməti Nişanyanı Türkiyəyə təhvil verəcək.

Tzouru bildirib ki, Nişanyanın yaşayış icazəsini 1 illik uzatmaq istəyi dekabrın 29-da rədd edilmişdi:

“Yunanıstan rəsmiləri Sevan Nişanyanı dekabrın 30-da nəzakətlə polis idarəsinə dəvət etdilər. 1 saat keçdikdən sonra onu yaşayış icazəsinin bitməsi səbəbindən həbs etdilər”.

Həmçinin oxuyun

Həbsdə olan generalın 10 milyonluq əmlakı üzə çıxdı – FOTOLAR

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi general Mövlam …