Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Kriminal / Həbsdəki keçmiş icra başçısının vəziyyəti ağırlaşdı

Həbsdəki keçmiş icra başçısının vəziyyəti ağırlaşdı

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti ağırlaşıb.

Cəzaçəkmə müəssisəsində ürəyində problem yaranan sabiq icra başçısı müayinədən keçirilib.

Ədliyyə Nazirliyin Tibb Xidməti əməkdaşlarının ilkin müayinəsindən sonra Qoca Səmədovun ürəyində çat əmələ gəldiyi bildirilib.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya faktı təsdiq edib: “Hazırda Qoca Səmədovun vəziyyəti kəskin ağırdır. Həkimlərin dediyinə görə, onun ürəyində infarkt əlamətləri var, çat əmələ gəlib”, – deyə vəkil bildirib.

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının həbs müddətini 6 ilə endirib. Ali Məhkəmə isə ittiham olunduğu vəzifə saxtakarlığı maddəsini ləğv edərək cəzasını 3 ay azaldıb. 

Həmçinin oxuyun

Sabiq başçıdan milyonluq mülk və maşınları alındı – SİYAHI

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə …