Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Prosesdə mülki iddiaçı Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi çıxış edib. Bildirib ki, “Abad Şəmkir” və “Şəmkir Səbəti” sahibkarlıq müəssisələrinin üzərində yaranan borc iddiaları üzrə zərər ödənib. Nümayəndə mülki iddia üzrə obyektlərin üzərindən həbsin götürülməsinə etiraz etmədiyini açıqlayıb.

Alimpaşa Məmmədovun vəkili Camal Əliyev mülki iddianın geri götürülməsini əsas gətirərək əmlakların üzərinə qoyulmuş həbsqərarının ləğv edilməsini tələb edib.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim deyib ki, bu məsələyə hökmdə hüquqi qiymət veriləcək.

Məhkəmədə bildirilib ki, 500 min manat ümumi borcun 185 min manatı ödənilib.  Alimpaşa Məmmədov  qala məbləği ödəyəciyini bildirib.

Alimpaşa Məmmədov 2022-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Növbəti məhkəmə prosesi mayın 23-nə təyin olunub.

Musavat.com

Həmçinin oxuyun

“ƏDV-dən kənar görülən işlərin 15 faizi Nəcməddin Sadıkova verilirdi”

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi …