Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Kriminal / Həbsdə olan QHT rəhbəri Rasim Məmmədov kassasiya şikayəti verdi

Həbsdə olan QHT rəhbəri Rasim Məmmədov kassasiya şikayəti verdi

“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses avqustun 17-nə təyin edilib.

Şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayəti təmin etməyib.

Qeyd: QHT rəhbəri Rasim Məmmədov 2022-ci ilin fevral ayında həbs olunub. İttihama görə, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovu söyüb, çölə çıxmasını tələb edib. Ramiz Hüseynov həyətə düşdükdən sonra Rasim Məmmədov təkrarən onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla şirkətin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə üç dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib. Qeyd olunan əmələ görə Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Bakıda məşhur şirkətin sahibinə hökm oxundu: 14 mərtəbəli bina necə 17 mərtəbə olub?

Məşhur tikinti şirkəti “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sahibi Rauf Əliyevə hökm oxunub. Şirkətin direktoru …