Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Həbsdə olan jurnalistə 6 il cəza verildi

Həbsdə olan jurnalistə 6 il cəza verildi

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun növbəti məhkəməsi keçirilib.

Musavat.com xəbər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz sahibkarlıq fəaliyyətində təqsirləndirilən jurnalistin məhkəməsinə hakim Mirzə Xankişiyev sədrlik edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən prosesdə dövlət ittihamçısı Ə.Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …