Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Kriminal / Həbsdə olan bələdiyyə sədri hakim qarşısına çıxır

Həbsdə olan bələdiyyə sədri hakim qarşısına çıxır

Mənimsəmədə təqsirləndirilən Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərov və onunla birgə ittiham olunan Anar Əmrahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Aqil Musayevin hakim icraatına verilib.

Qeyd edək ki, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Neftçala rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Qismət Qəfərov tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş bələdiyyə əmlakı olan 7 min 650 manat məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Bakıda dəhşətli qətl: “Instagram” parolunu vermədiyinə görə arvadını öldürdü

Emin və Firuzə (adlar şərtidir) 2009-cu ildə ailə həyatı qurublar. Onların bu nikahdan iki övladları …