Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Həbsdə olan 3 dindar azadlığa çıxdı

Həbsdə olan 3 dindar azadlığa çıxdı

2012-ci il 5 oktyabrda orta məktəblərdə hicab məhdudiyyətinin ləğv edilməsi tələbilə həbs olunan şəxslərdən 3 nəfər;  Tərlan Ağadadasov, Rövşən Allahverdiyev və  İlham Hətəmov  bu gün azad olunublar.

“Qafqazinfo” xəbər verir ki, onlar bu gün saxlanıldıqları cəza çəkmə müəssisələrində 5 il 6 ay həbs müddəti bitdikdən sonra buraxılıblar. İslamazeri.com-a münasibət bildirən Tərlan Ağadadaşov “Bizim kimi digər ruhani və dindar qardaşlarımız, bütün nahaqqdan həbs olunanların azad olunmasını Allahdan diləyirəm. Bu günə qədər bizlərə mənəvi, maddi dəstək verənlərə təşəkkürümü bildirirəm. Hazırda Biləcəridəki evimdəyəm, gəl-get edən qohum tanışları qarşılayırıq. Mən “Tubzon”dan,  Rövşən Allahverdiyev və  İlham Hətəmov da, həbsdə olduqları CÇM-lərindən buraxılıblar. Oktyabr aksiyasında bizimlə birlikdə həbs olunan 3 nəfər həbsdə qalıb. İnşəllah Allah onların da qapısını açsın.”, -deyə bildirib.

Qeyd edək ki, 5 oktyabr 2012-ci ildə keçirilən hicab qadağasına etiraz aksiyasında həbs olunan 3 nəfər; Davud Kərimov, Telman Şirəliyev və Elşad Rzayev 6 ay sonra azad olunacaqlar.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …