Cümə , Oktyabr 7 2022
Ana səhifə / Kriminal / Həbs edilən şirkət rəhbəri 9 gün sonra azadlığa buraxıldı

Həbs edilən şirkət rəhbəri 9 gün sonra azadlığa buraxıldı

“Mega City Holding” MMC şirkətinin həmtəsisçisi Fariz Nuriyevin məhkəməsi keçirilib.

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178 və 308-ci (dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilən iş adamına hökm oxunub. Məhkəmə həbsdə saxlanılan Fariz Nuriyevin 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə hökm edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Naxçıvan MR Babək rayonu Nehrəm kənd sakini olan 1973-cü il təvəllüdlü Fariz Nuriyev Rüstəm adlı şəxsin şikayəti əsasında həbs edilib. Belə ki, vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edərək “MEGA City Holding” MMC-nin tikdiyi çoxmərtəbəli binadan 49 min manat verərək ev aldığını, sonradan həmin evdə başqasının yaşadığını öyrəndiyini bildirib. O, pulları şəxsən Fariz Nuriyevə verdiyini bildirib.

Hökmdən 9 gün əvvəl, yəni avqustun 9-da o həbs edilib.

Məhkəmədə tərəflər arasında barışıq əldə edildiyi bildirilib.

Qeyd edək ki, şirkətin baş ofisi “Avesta” binasında yerləşir.

Həmçinin oxuyun

Polkovnik Elnur Məmmədov həbs olundu

Ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə araşdırması başa …