Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Həbs edilən hakim: “Fəaliyyətim kimlərinsə xoşuna gəlmirdi”

Həbs edilən hakim: “Fəaliyyətim kimlərinsə xoşuna gəlmirdi”

Azərbaycanda vəzifədə olduğu halda, cinayət məsuliyyətinə cəlb olunan ilk hakimin məhkəmə çəkişmələri davam edir.

Zaqatala rayon Məhkəməsinin hakimi olmuş 1961-ci il təvəllüdlü Arif İsmayılov bəraət almaq istəyir.

İttihama görə hakim atalığın müəyyən olunması tələbilə mülki işə baxan zaman iddiaçı qadının xeyrinə qərar çıxarmaq üçün onun atasından 500 manat rüşvət alıb.

Məlumata görə, bu işdə vəkilin və hakimin köməkçisinin vasitəçiliyi olub.

Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci maddəsilə ilə ittiham elan edilib.

Məhkəmənin hökmü ilə ona 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib.

Qeyd edək ki, bu maddədə 4 ildən 8 ilə qədər həbs nəzərdə tutulub, amma A.İsmayılova münasibət Cinayət Məcəlləsinin 62-ci (aşağı həddən daha yüngül cəza verilməsi) maddəsi tətbiq edilib.

Elan olunmuş ittihamla A.İsmayılov özünü təqsirli bilmir. Deyir ki, hakim kimi fəaliyyəti kimlərinsə xoşuna gəlməyib, səs yazıları montaj olunub, saxtalaşdırılıb və ona qarşı ittiham irəli sürülüb.

A.İsmayılov hökmdən apelyasiya və kassasiya şikayətləri verib. Lakin şikayətləri təmin edilməyib. Musavat.com

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …