Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Kriminal / Gürcüstanda meyiti tapılan qızın anası Qarabağ bəyanatına görə dindirilir

Gürcüstanda meyiti tapılan qızın anası Qarabağ bəyanatına görə dindirilir

Gürcüstanda ötən ay avtomobildə meyiti tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili vəkili Mixeil Ramişvili ilə birgə Tbilisi Şəhər Məhkəməsinə çağırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qadın bu yaxınlarda Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı səsləndirdiyi bəyanatla bağlı dindirilir.

M.Ramişvilinin sözlərinə görə, müdafiə etdiyi şəxs istintaq orqanlarının bütün suallarına cavab verəcək.

T.Tamazaşvili Baş Prokurorluqda deyil, məhkəmədə hakimin iştirakı ilə sorğu-sual olunmaq istəyib.

Qeyd edək ki, Kvemo Poniçala sakini olan T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində aşkarlanıb. Qızın ailə üzvlərinin avqustun 30-da Baş Prokurorluğun binası qarşısında keçirdikləri aksiyada “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib” sözlərinin yazıldığı plakat tutulub.

T.Tamazavili mənbəyə istinadla bildirib ki, qızı bir neçə faylı təsadüfən açıb və silahla təminat sxemini deşifrə edib. Ana Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb. 

Həmçinin oxuyun

İstintaq başa çatdı, ancaq biznes-ledi hələ də ərini qətlə yetirdiyini etiraf etmədi

Əri 40 yaşlı Araz Sofiyevin qətlində təqsirləndirilən “4S” şirkətinin rəhbərinin keçmiş müavini Rəna Sofiyevanın cinayət …