Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Kriminal / Gürcüstanda gözəllik salonu sahibi olan azərbaycanlı saxlanıldı

Gürcüstanda gözəllik salonu sahibi olan azərbaycanlı saxlanıldı

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində 55 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Acarıstanın Polis Departamenti məlumat yayıb.
Müəyyən olunub ki, S.C. adlı Azərbaycan vətəndaşı Batumidə sahibi olduğu gözəllik salonunda müştəriyə fiziki təzyiq göstərib.
Saxlanılan şəxsə qarşı “zorakılıq” maddəsi üzrə cinayət işi açılıb. Azərbaycan vətəndaşının günahı sübuta yetirələcəyi təqdirdə onu 1 ildən 3 ilədək həbs cəzası gözləyir. (Report)

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …