Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Kriminal / Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda külli miqdarda heroin müsadirə olunub

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda külli miqdarda heroin müsadirə olunub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda narkotik vasitələrin qanunsuz əldə olunmasında şühbəli bilinən şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1981-ci il təvəllüdlü A.K. adlı şəxsin üzərinə baxış zamanı iki bağlamada 60 qram çəkidə heroin müsadirə olunub.

Faktla bağlı araşdırma aparılır. Saxlanılan şəxsi 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …