Cümə , Oktyabr 30 2020
Ana səhifə / Kriminal / Gürcüstanda azərbaycanlı ər-arvadı öldürən şəxsə 19 il həbs cəzası verildi

Gürcüstanda azərbaycanlı ər-arvadı öldürən şəxsə 19 il həbs cəzası verildi

Gürcüstanın Qardabani rayonunun Aşağı Kəpənəkçi kəndində ötən ilin iyun ayında ər-arvad – İskəndər Musayev və Şəfiqə Musayevanı xüsusi amansızlıqla qətlə yetirən şəxs 19 il müddətinə azadlıqdan məhrum olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib.

İstintaqla müəyyən olunub ki, həmin şəxs 2019-cu ilin iyunun 6-da 84 və 77 yaşlı ər-arvadı küt alətlə qətlə yetirib. O, cütlüyün evindən 1 050 lari oğurlayaraq hadisə yerindən qaçıb.

Polis həmin şəxsi 2020-ci ilin fevralın 5-də saxlayıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …