Ana səhifə / Kriminal / Gürcüstanda 7 azərbaycanlı tutuldu – Video

Gürcüstanda 7 azərbaycanlı tutuldu – Video

Gürcüstanda azərbaycanlılar saxlanılıb.

“Qafqazinfo” Gürcüstan DİN-in rəsmi saytına istinadən xəbər verir ki, əsasən azərbaycalıların çox  yaşadığı Qardabani rayonunun Qaracala kəndində və Tiflisin Poniçala qəsəbəsində polis narkotik alveri ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Bu zaman qanunsuz narkotik maddə almaq və saxlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb. Evlərdə aparılan axtarış zamanı 18 paket heroin, 2 tapança, 1 ov tüfəngi, narkotik vasitə hesab edilən Buprenorfin, Suboteks, 10 010 lari, 26 200 dollar və 65 000 rus rublu götürülüb. Bildirilir ki, saxlanılanları 8 ildən 20 ilədək, və ya ömürlük həbs gözləyir.

 

 

 

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …