Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Gürcüstana yarışa gedən idmançımız qəzada öldü

Gürcüstana yarışa gedən idmançımız qəzada öldü

Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü  Kərimov Yusif Arif oğlunu (52 kq) maşın vurub.

“ Azinforum.az ” Modern.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüldlü idmançımız zərbənin təsirindən hadisə yerində dünyasını dəyişib.

Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.

Hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumatı təsdiqləyib.

Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …