Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin cari ilin sentyabr ayı üzrə hesabatında bildirilib.

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının 20-si təqsirləndirilən şəxs, 73-ü isə məhkumdur. Təqsirləndirilənlərin 18-i kişi, 2-si qadın, məhkumların isə 66-sı kişi, 7-si qadındır.

Azərbaycan vətəndaşları qonşu ölkənin cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilərin 15,7%-ni təşkil edir.

Gürcüstanda ümumilikdə 45 ölkənin 594 vətəndaşı cəza çəkir. Türkiyə vətəndaşları onların arasında 132 nəfərlə birinci yerdədir.

Qonşu ölkənin həbsxanalarında 109 İran, 68 Rusiya, 28 Ermənistan vətəndaşı saxlanılır.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …