Bazar ertəsi , May 20 2019
Ana səhifə / Kriminal / Güneydəki fars-molla rejimi lap ağlını itirib… – Soydaşımızı Azərbaycan bayrağını öpdüyünə görə həbs etdilər

Güneydəki fars-molla rejimi lap ağlını itirib… – Soydaşımızı Azərbaycan bayrağını öpdüyünə görə həbs etdilər

Güneyli fəal Camal ‎Musəvinejad həbs edilib.

Axar.az xəbər verir ki, İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandırılan güneyli milli fəal Şərqi Azərbaycan ostanının ‎Apellyasiya Məhkəməsinin qərarı ilə bir il həbs cəzasına məhkum olunub.‎

C.Musəvinejada qarşı ittihamlar arasında millətçilik, Azərbaycan Respublikasının bayrağını öpmək və ona ehtiram göstərmək, milli düşüncələrə malik olmaq, 1945-ci il hadisələrini dəstəkləmək, Seyid Cəfər Pişəvəriyə ehtiram, sosial şəbəkələrdə milli zəmində fəaliyyət göstərmək və s. var.‎

Qeyd edək ki, məhkəmə Camal ‎Musəvinejadın sosial mediadakı fəaliyyətlərinə və ‎şəxsi ‎kompüterində saxlanılan materiallarına, o cümlədən, Azərbaycan bayrağını öpərkən çəkilən ‎bir ‎fotosuna əsaslanaraq həbs qərarı çıxarıb.

Güneydəki fars-molla rejimi lap ağlını itirib...

Həmçinin oxuyun

Akif Çovdarovdan şikayətçi olan biznesmen həbs edildi

Dələduzluğa görə tutulan Qədim Ədilovun atasından “Yeni Müsavat”a ilginc açıqlamalar Tikinti materialları, özəlliklə taxta-şalban biznesi …