"Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktoru yenidən şikayətini geri götürdü
Ali Məhkəmədə "Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə Habil Vəliyev kassasiya şikayətini geri götüməklə bağlı müraciət edib.
Məhkəmə müraciəti təmin edib.
İttihama görə, Habil Vəliyev bir neçə nəfəri şantaj edib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 1 il azaldıb.
Onu da bildirək ki, təqsirləndirilən şəxs daha əvvəl də kassasiya şikayətini geri götürmüşdü.
Xatırlatma: Habil Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.