Cümə axşamı , May 23 2019
Ana səhifə / Kriminal / Günay keçmiş ərini öldürmək üçün adam tutubmuş…

Günay keçmiş ərini öldürmək üçün adam tutubmuş…

Hazırda ABŞ-da yaşayan keçmiş aktyor Tolqa Karel eks-xanımı Günay Musayeva barədə açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, o, modelin “İkinci sayfa” proqramında səsləndirdiyi ittihamları cavabsız qoymayıb. 

Tolqa qeyd edib ki, Günay zamanında onu öldürtmək üçün adam tutub: “Məni öldürtmək üçün tutduğu insan həbs olunub cəza evinə atılıb. Hansı birindən danışım? Mənim danışdıqlarımın sübutu var. Bu müqəddəs ayda namaz qılıram. Allahıma şükür edirəm ki, məni belə qadından xilas edib. Mənim üçün o, ölü biridir. Cahangir mənim oğlumdur, amma gün gələcək, o da həqiqətləri biləcək və yanında bir dəqiqə belə qalmayacaq.  O gün gələnədək səbir edəcəm, gözləyəcəm”. 

Qeyd edək ki, Günay Tolqanın aliment vermədiyini, oğlu Cahangirdlə maraqlanmadığını qeyd etmişdi.

Həmçinin oxuyun

Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərlərinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənzili bir neçə nəfərə satan “İdeal-V” tikinti şirkətinin direktoru …