Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Gülnarə məni 60 yaşlı Minəxanıma qısqanırdı” – Sevgilisini boğub öldürən

“Gülnarə məni 60 yaşlı Minəxanıma qısqanırdı” – Sevgilisini boğub öldürən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Gülnarə Sadıqovanı ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqalıyevin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə F.Şaqalıyev ifadə verərək deyib ki, G.Sadıqovanın evini satıb həmin pulla qaldıqları evi təmir ediblər: “O puldan Gülnarə özü 6 min götürdü, onun İrandakı müalicəsinə də evin pulundan xərclədik. Mən onu tamah niyyəti ilə öldürməmişəm. Sadəcə Gülnarə çox qısqanc idi. Mən 60 yaşlı Minəxanımın evini təmir etdirdiyim üçün məni qısqanırdı. Minəxanımla aramızda heç nə yox idi, sadəcə axşamlar zəng edib iş barədə nəsə soruşurdu. Gülnarə də deyirdi ki, o sənə niyə zəng edir. Bir dəfə zəng edəndə telefonu Gülnarə götürdü, mən onun əlindən alanda söyüş söydü. Hirslənib ona 1 sillə vurdum, o da güldanı götürüb məni vurdu. Ardınca yumruqla vurdum, başı şkafa dəydi. Bu dəfə durub üstümə hücum edəndə bərk vurdum, başı kombiyə dəydi, qolları açıq formada yerə yıxıldı. Mən də ayağımı üstünə qoydum ki, daha durub üstümə gəlməsin. Mən onu ayağımla boğmamışam. Həmin vaxt içkili olsam da, özümü idarə edə bilirdim”.

İttihama görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. 50 yaşlı F.Şaqalıyev qeyri-rəsmi nikahda yaşadığı 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızını boğaraq öldürüb.

Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də aralarında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə baş verib və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqalıyev isə kiçik sahibkardır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …