Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Gülənin başına 15 milyon qoyduğu Lənkəranski barədə FAKTLAR – Məscid üçün 300 min dollar yardım, 22 nəfər Qarabağ əlili üçün ev

Gülənin başına 15 milyon qoyduğu Lənkəranski barədə FAKTLAR – Məscid üçün 300 min dollar yardım, 22 nəfər Qarabağ əlili üçün ev

2016-cı il avqustun 18-də İstanbulda güllələnən kriminal “avtoritet” (Rövşən Lənkəranski) Rövşən Rafiq oğlu Canıyevlə bağlı Moderator.az ikinci yazını təqdim edir.

Kimdir Rövşən Lənkəranski? O, İtaliya, Şərqi Avropa ölkələri, BƏƏ, ABŞ, Kanada, Ukrayna və Rusiya hüquq-mühafizə orqanlarının, interpolun cinayət başında yaxalaya bilmədikləri adam idi.

Onun 2014-2015-ci illərdə Moskva şəhər merinə tanınmış bir azərbaycanlı kimi səkkiz müraciəti olub. O, bu müraciətlərdə istəyib ki, ərazidə “Azərbaycan dili məktəbi”, bir xəstəxana, bir yetimxana və irqindən, dilindən və dinindən asılı olmayaraq əldən düşən, kimsəsiz, xəstə və tənha qalan insanlar üçün “qocalar evi”nin tikintisinə icazə verilsin. Moskva meri onun bu müraciətlərini müsbət qarşılayaraq, həyata keçməsi üçün şərait yaradıb. Məlumata görə Rövşənin Azərbaycanda, xüsusən Lənkəran və Bakıda yetimlər və yaxud hər iki valideynini müharibədə itirmiş uşaqlar üçün beş mərtəbəli bir binanın tikintisi planı 2014-cü ilin dekabr ayında Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub. Lakin bu təklif qəbul olunmayıb. Moskva Meri isə onun mərhəmət dolu təklifinə cavab verib.

Bundan əlavə Rövşən Moskvada məscid tikintisi üçün 300 (üç yüz) min dollar yardım edib. Çörək pulu üçün Rusiyaya gələn 22 nəfər Qarabağ əlili üçün ev alıb. Onları həmçinin işlə də təmin edib.

Qapalı qalan layihələrdə iştirak edən Rövşən rus səfiri Andrey Karlova xəbərdarlıq mesajı göndərir: “Ehtiyatlı olun. Sizi öldürəcəklər…”. Səfirliyin təhlükəsizlik xidməti bu mesajı unutsa da, diplomat bunu unuda bilmədi. Araşdırma materiallarına görə həm rus diplomatı Andrey Karlovun, həm də Rövşən Lənkəranskinin qətlləri üçün Fətullah Gülən hər birinə on beş milyon dollar dəyərində mükafat ayırıbmış. Bildirilir ki, həmin pullar qətllərdən beş dəqiqə sonra yəni ölüm xəbərləri internet saytlarında yayımlandıqdan sonra ünvanına çatıb.

Bildirilir ki, hər hansı bir dövlətin qorunmasında söz sahiblərinin rolu olur. Məsələn Türkiyə prezidenti seçkilərində Rəcəb Tayyib Ərdoğanın təkrar seçkilərində 23 faiz “Kriminal” hökmü olub. Bu rəqəm Rusiya prezidenti V.Putinin təkrar seçkisində 42 faiz, ABŞ prezidenti D.Trampın seçkilərində isə 47 faizdə dayanıb.

Rövşən rus mafiyasının ən mühüm adlandırından və ölkədəki mafiya qrupları tərəfindən başına 15 milyon dollar mükafat qoyulan biriydi. Rusiyanın son “gerçək mafiya atası” qəbul edilən “Ded Hasan” ləqəbli kürd əsilli məşhur mafiya atası Aslan Usanyanın 16 yanvar 2013-cü ildə snayperlə öldürülməsində Rövşən Lənkəranski günahlandırılmışdı.

Azərbaycanın sərhəd qonşusu olan İran İslam Respublikasında Rövşəni “Cənub Küləyi”, Orta Asiyada “Ümid bəy”, Rusiya Federasiyasında “Əmi”, İtaliyada “Şahən Şah”, Ərəb dünyasında “Böyük”, Türkiyədə isə “Kral” adlandırıblar. 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …