Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / Güləşçinin ölümü söyüşə görə olub: “Başıma o qədər vurdular ki…” – Təfərrüat

Güləşçinin ölümü söyüşə görə olub: “Başıma o qədər vurdular ki…” – Təfərrüat

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edib. Hadisəyə səbəb söyüş olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Alıyev Loğman Əli oğlunun cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edib.

O, dostu Elçin Tapdıqovu öldürməkdə ittiham edilir.

Hakim Samir Əliyevin sədrliyi ilə məhkəmədə dövlət ittihamçısı çıxış edib.

İttihamda yazılır ki, Elçin Tapdıqovla yaxın münasibəti olib, amma sonradan münasibətləri pozulub. Hadisə günü Elçin Tapdıqov maşınla kafenin önündə dayanan Loğman Alıyevin yanından keçib. İttihama görə, Loğman Alıyev Elçinin söyüş söydüyünü bəhanə edərək onu çağırıb. E.Tapdıqovu geri çağıraraq məsələyə aydınlıq gətirmək istəyib.

E.Tapdıov geri qayıdıb və onlar təklikdə söhbət edəcəkləri yürə gediblər. Bu zaman Alıyev Loğman Elçinə çoxsaylı bıçaqlar vuraraq onu öldürüb. Məlum olub ki, tərəflər arasında daha əvvəl də problemlər olub və mübahis ediblər.

İttihama münasibət bildirən Loğman Alıyev özünü qismən təqdirli bildiyini deyib. Söyləyib ki, onu öldürmək niyyəti olmayıb. Vurduğu şəxsin yanında başqaları da olub və onu döymək istəyiblər. O da özünü müdafiə etmək üçün Elçini vurduğunu deyir.

Loğman Alıyev sərbəst ifadəsində deyib ki, Elçin onun ünvanına söyüş söyüb: “Kafedə oturub pivə içirdim. Yanımda iki tanışım da var idi. Kafenin qabağından keçəndə biz tərəfə baxıb söyüş söydü. Daha əvvəl də aramızda söz-söhbət olub. Mən onu çağırıb söyüşü kimə söydüyünü aydınlaşdırımaq istədim. Daha əvvəl dəfələrlə bizim evdə olub, birlikdə çörək kəsmişik. Amma 2 dəqiqə keçməmiş özü qayıtdı. Ondan söyüş söyməsinin səbəbini soruşaq istədim. Dedi ki, yaxşı edib söyürəm”.

L.Alıyev qeyd edib ki, məsələni aydınlaşdırmaq üçün Elçinlə heç kimin olmadığı yerə gediblər. Onun sözlərinə görə, Elçin həmin ərəfədə onu yenə söyüb:

“Elçin qayıdanda maşınında başqa adamlar da var idi. Söhbətə başlayanda Elçin yenə də söyüş söyürdü. O da içkili idi. Birinci o məni vurdu. Sonra da yanında olanlar məni vurmağa başladılar. Başıma o qədər vurdular ki. Mən də bıçağı çıxarıb özümü müdafiə etmək üçün sağa-sola hərəkət etdirdim. Onu öldürmək istəmirdim. Əgər bıçağı çıxarmasaydım məni öldürəcəkdilər”.

Hakim L.Alıyevdən sual verərək soruşub ki, mərhum Elçinlə münasibətləri niyə pozulub.

Təqsirləndirilən şəxs bunun səbəbini belə izah edib: “Qardaşları da təsdiqləyər ki, münasibətimiz yaxşı olub. Sonradan yola getmədik. Münasibətlər pozuldu. Bir neçə dəfə ünvanıma söyüşlər söyüb, başqa yerdə də arxamca danışıb. Amma əhəmiyyət verməmişəm”.

İfadəsinin davamında Loğman Alıyev deyib ki, davadan sonra Elçin öz maşınına minərək hadisə yerindən gedib. O isə taksiyə minərək qardaşının evinə gedib.

Loğman Əliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə ittiham edilir.

Məlumata görə, qətlə yetirilən şəxs peşəkar güləşçi olub.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …