Ana səhifə / Kriminal / Gülər Əhmədovanın 27 min dolları bankda batıb – Milli Məclisdə məsələ qaldırıldı

Gülər Əhmədovanın 27 min dolları bankda batıb – Milli Məclisdə məsələ qaldırıldı

“Bizim keçmiş millət vəkilimiz Gülər Əhmədova mənə zəng vurub deyir ki, ləğv edilmiş “Bank Standard”da 27 min dollar vəsaiti var. Mən bu məsələ ilə bağlı Sığorta Fondunun sədri Azad Cavadovla danışdım”.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit büroları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
O bildirib ki, Gülər Əhmədovanın 27 min dollarını “Bank Standard”dan geri almaqda ciddi problemi var:
“Gülər xanım “Bank Standard”a 27 min dollar vəsaiti qoyub və indi də bunu geri götürmək istəyir. İndi dolların kursu dəyişib. Gülər xanıma deyirlər ki, sən o vaxt 27 min dolları kurs 0.78 olanda qoymusan. Biz sənə indi 1.60-la veririk. Yəni Gülər Əhmədovaya 27 min dollar əvəzinə, 17-18 min dollar pul vermək istəyirlər. Bəs 9-10 mini kim verməlidir Gülər xanıma?”.
Deputat söyləyib ki, əmanətlərin geri götürülməsində bağlanmış banklar insanları incidirlər: “Çox ciddi problemlər var. Bu məsələ ilə bağlı insanlar, vətəndaşlar bizə çox şikayət edirlər. İndi vətəndaşların bizə əlləri çatır, ona görə də dərdlərini bizə deyirlər. Sizə və ya daha yuxarı instansiyalara əlləri çatmır. Biz bankların bağlanmasının tərəfdarı deyilik, biz bankların konsolidasiyasının, təmərküzləşməsinin tərədarıyıq. Hər dəfə banklar bağlananda insanlar ciddi əziyyət çəkirlər”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın