Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Gözəl Bayramlının məhkəmə işi davam etdirilib –Şahid ifadə verib

Gözəl Bayramlının məhkəmə işi davam etdirilib –Şahid ifadə verib

Bu gün Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdə Tovuz Gömrük İdarəsinin təhqiqatçısı Həsən Mahmudov şahid qismində ifadə verib.

Daha sonra şahid qismində ifadə vermək üçün Tovuz Gömrük İdarəsinin daha bir əməkdaşının məhkəməyə gəlmədiyi elan olunub. O, məhkəməyə teleqram göndərərək, xəstə olduğunu bildirib.

Məhkəmə həmin şahidin məcburi gətirilməsi haqda qərar çıxarıb.

Məhkəmənin növbəti iclası 2018-ci il yanvarın 4-nə təyin edilib.

Rəsmi məlumata əsasən, G.Bayramlı 25 may 2017-ci il tarixdə, saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb. Özünü şübhəli apardığına görə, onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …