Şənbə , Noyabr 28 2020
Ana səhifə / Kriminal / Göygöldəki qəzada ölənlərin sayı 8-ə çatdı – Yenilənib

Göygöldəki qəzada ölənlərin sayı 8-ə çatdı – Yenilənib

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ 2106” və “VAZ 2107” markalı iki avtomobilin toqquşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər ölüb.

Qəza nəticəsində daha bir neçə nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

***

Həlak olanların sayının 4 olduğu bildirilir.

***

Qəzada həlak olan 2 nəfərin şəxsiyyəti məlum olub. Onlar “07”nin sürücüsü, 1995-ci il təvəllüdlü Eldəniz Gəray Oğlu Həsənov və 1986-cı il təvəllüdlü Aslan Əbülfəz oğlu Camalovdur. Digər şəxslərin kimliyi də müəyyənləşdirilir.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. 

Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır. Bir nəfər qadın isə Gəncə şəhər Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Həmçinin oxuyun

“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” – Sofiyevanın ziddiyətli ifadələri

Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi …