Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Göygöldə ata evi yandıran oğlunu qətlə yetirdi

Göygöldə ata evi yandıran oğlunu qətlə yetirdi

Göygöl rayonunda ağır qətl hadisəsi qeydə alınıb.

Hadisə rayonun Nadel kəndində baş verib.

Ata 1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu övaldı 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib.

İlkin məlumata əsasən, ata ilə oğul arasında uzun müddət ev problemi olub. Hadisə də 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırmasından sonra baş verib.

Belə ki, övladının bu əməlinə əsəbləşən ata onu ov tüfəngi ilə qətlə yetirib.

Hadisə yerinə Göygöl rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb ollunub.

Qətli törədən Yaşar Bayramov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. /Baku.ws

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …