Çərşənbə axşamı , Avqust 4 2020
Ana səhifə / Kriminal / Göygöldə ər-arvad maşında yanaraq öldü

Göygöldə ər-arvad maşında yanaraq öldü

Göygöl rayonunda maşın qəzaya düşüb, iki nəfər yanaraq ölüb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün rayonun Hacıməlik kəndi yolunda baş verib. 

Daşkəsən rayon sakini, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlunun idarə etdiyi “VAZ 21099” markalı avtomobillə qəzaya düşüb və maşın yanıb. 

Sürücü və sərnişini, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allahverən qızı yanaraq ölüb. 

Məlumata görə, onlar ər-arvad olublar. Faktla bağlı araşdırma aparılır. 

Həmçinin oxuyun

Polisləri öldürüb 25 il gizlənən azərbaycanlı Rusiyada tutuldu

Rusiya paytaxtında iki milis işçisini öldürən azərbaycanlı 25 ildən sonra ələ keçib. Bütün bu müddət ərzində o, …