Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Kriminal / Göyçayda taxıl sahəsində GÜCLÜ YANĞIN: Yüksək gərginlikli elektrik xətləri üçün TƏHLÜKƏ

Göyçayda taxıl sahəsində GÜCLÜ YANĞIN: Yüksək gərginlikli elektrik xətləri üçün TƏHLÜKƏ

Göyçayda güclü yanğın baş verib.
Yanğın Göyçayın Bığır və Qaraməryəm kəndləri arasında, vətəndaşlara məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay, İsmayıllı və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hava küləki olduğu üçün yanğını söndürmək çətinləşib və alov qısa vaxtda geniş ərazini əhatə edib. Yanğın dağlıq ərazidə baş verfiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi çətinləşib.
Hazırda yanğın davam edir və indiyədək 60 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlər “Azərenerji”nin yüksək gərginlikli elektrik dirəklərini alovdan mühafizə ediblər. Ümumilikdə 1000 hektar taxıl sahəsi, nar bağlarının alovdan mühafizəsi üçün tədbirlər görülür.
Yanğının vətəndaşlar tərəfindən törədildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır. (apa)

Həmçinin oxuyun

İlk dərs günü 3-cü sinif şagirdini maşın vurdu, öldü

İlk dərs günü məktəbli yol qəzasında ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə günorta saatlarında Şamaxının …