Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Görünməmiş DƏLƏDUZLUQ: 70 minə aeroportda vəzifə, ipoteka ilə ev vədi…

Görünməmiş DƏLƏDUZLUQ: 70 minə aeroportda vəzifə, ipoteka ilə ev vədi…

Bakıda ana və oğluna qarşı dələduzluq edən Nurlan Tağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Belə ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Əldə etdiyimiz məlumata görə, fiziki şəxs olan Nurlanın əməlindən 2 zərərçəkmiş var. Onlar da Z.Əsgərova və oğlu Fuad Əsgərovdur. İttiham aktına görə, Nurlan Tağızadə Fuadı Hava Limanında yoxlama-nəzarətçi vəzifəsinə “düzəltmək” və onlara ipoteka ilə ev almaq vədi verib. Bu vədlərlə zərərçəkmişlərdən ümumilikdə 70 min manatdan çox pul alıb.

N.Tağızadə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə baş tutacaq.Lent.az

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …