Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / “Gördüm ki, qız “nənə” qışqırır”

“Gördüm ki, qız “nənə” qışqırır”

Masallıda bədbəxt hadisə olub.

ARB TV xəbər verir ki, hadisə Masallının böyük Kolatan kəndində qeydə alınıb.

Kənd sakini, 76 yaşlı Səmayə Şirəliyeva ot bağlaması almaq üçün yaxınlarına müraciət edib. Rayonun Qədirli kənd sakini Təbriz Eynalov idarə etdiyi yüklə dolu “ZİL” markalı yük maşını ilə onun evinə gəlib. Ərazi bir qədər yüksəklikdə olduğu üçün sürücü ora qalxmaqda çətinlik çəkib.

Bu zaman arxaya hərəkət edərkən əyləcdə nasazlıq yaranıb. Nəticədə 76 yaşlı qadın yük maşını ilə həyətdəki su çəninin dirəkləri arasında sıxılaraq qalıb. O aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Əlisəfa Əliyev- Mərhumun qohumu: “Maşın təpəyə çıxa bilmədi. Sürücü saxlaya bilmədi, əyləc tutmadı sürüşdü. Mən də bilmirdim ki, əmimin gəlini burada ot bağlayır. Gördüm ki, qız qışqırır ki, nənə, nənə. Gəldim ki, keçinib”.

Əraziyə hüquq-muhafizə orqanları cəlb olunub. Hazırda fakt araşdırılır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …